Əli Babacan: “2020-ci ilə qədər partiyamızı quracağıq”
Tarix: 10-09-2019 10:33 | Bölmə: Siyasət
Əli Babacan: “2020-ci ilə qədər partiyamızı quracağıq”

“2020-ci ilə qədər partiyamızı quracağıq”.

Reyting.az
“Karar” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri Əli Babacan bildirib.

O, Türkiyənin eks-prezidenti Abdullah Gülün yeni partiyada təmsilçiliyi barədə bunları söyləyib: “Abdullah Gül hazırda işlədiyimiz yol və münasibətlərimizi səhv anlamaq istəmir. Əvvəla, eyni narahatlıqlarımız var. Bu, işimizə tam dəstək verir. Ayda bir və ya iki dəfə görüşürük. Onun bilik və təcrübəsindən faydalanırıq.

Digər tərəfdən, Abdullah bəy prezidentlikdən getdikdən sonra aktiv siyasətdə iştirak etməyəcəyini açıqlayıb. Neytral prezidentliyindən sonra da bir siyasi partiyanın damının altında olmağı doğru saymır.

Bəlkə bunu vurğulamalıyıq. İşimizlə əlaqədar vacib bir prinsipimiz var. Hüquqi və siyasi məsuliyyət kimin üzərindədirsə, əsas hakimiyyət həmin insanların üzərinə olmalıdır. Başqa sözlə, millətimizə qarşı açıq və şəffaf bir quruluş yaratmaq lazımdır. Başqasını gözləmək olmaz. Bu əlaqəni bu şəkildə müəyyənləşdirmək vacibdir”.

Əli Babacan eks-baş nazir Əhməd Davutoğlu ilə münasibətlərinə də toxunub: “Əhməd bəylə 2003-cü ildən tanışıq. AK Partiya quruldu, sonra hökumət quruldu, sonra görüşdük. Yaxın dost olduq. Hörmət etdiyim insandır. O, yaxın olduğum və sevdiyim adamdır. Ancaq siyasətdəki prioritetlərimiz, izlədiyimiz metod və üslub tamamilə fərqlidir. Hazırda gələcəyə baxmalıyıq və sanki bir komandada işləməliyik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər