"Bəzi aparıcılar sanki ölkənin balaca səhiyyə naziri olublar” - Deputat
Tarix: 16-03-2020 13:55 | Bölmə: Siyasət
"Bəzi aparıcılar sanki ölkənin balaca səhiyyə naziri olublar” - Deputat

“Bəzi özəl televiziyalarda şou proqramlara yenidən baxılmalıdır. Çünki bəzi aparıcılar sanki ölkənin balaca səhiyyə naziri olublar”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qurumun iclasında deyib.

Onun sözlərinə görə, aparıcılar hansısa həkimi reklam edərək onun birnömrəli həkim olduğunu vurğulayırlar: “Guya bu həkimdən yoxdur. Yanına getsəniz, sizi sağaldacaq. Hesab edirəm ki, “Reklam haqqında” qanuna yenidən baxılmalıdır. Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Bunu edənə tənqidi yanaşmaq lazımdır”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}