Deputat: “Fransa Senatının qətnaməsində erməni izi görülməkdədir”
Tarix: 26-11-2020 12:17 | Bölmə: Siyasət
Deputat: “Fransa Senatının qətnaməsində erməni izi görülməkdədir”

“Fransa Senatının qəbul etdiyi qətnamədə erməni izi görülməkdədir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, erməni izi görünəndə buradan bir sıra nəticələr çıxır: “Bu, artıq siqnaldır. Azərbaycana bundan sonra təzyiqlər artacaq. Ona görə də bu siqnallara adekvat cavab vermək lazımdır. Əlcəzairdə, Kamerunda və digər yerlərdə soyqırımları törətmiş Fransa bilavasitə Xocalıda, İkinci Qarabağ müharibəsində, Gəncədə, Bərdədə ermənilərin törətdiyi soyqırımlarının iştirakçısıdır. Bu qətnamədən qorxmaq lazım deyil. Qətnamədən çıxan məqamlarla Fransanın üzərinə getmək lazımdır ki, ATƏT-in Minsk Qrupu həmsədrliyindən imtina etsin. Bu, Fransanın özünə qarşı zərbədir”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}