Kremldən Qarabağla bağlı yeni açıqlama: “Bu, sülhməramlılarımız üçün əlavə yükdür"
Tarix: 14-12-2020 14:32 | Bölmə: Siyasət
Kremldən Qarabağla bağlı yeni açıqlama: “Bu, sülhməramlılarımız üçün əlavə yükdür"

"Dağlıq Qarabağda narahatedici vəziyyət yaşanıb. Lakin bu, çox operativ şəkildə aradan qaldırılıb”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Qarabağda atəşkəsin pozulmasına münasibət bildirərkən deyib.

O, baş verənlərlə bağlı məlumatların az olduğunu, Rusiya tərəfinin vəziyyəti izlədiyini bildirib: “Bu, sülhməramlılarımız üçün əlavə yükdür. Baş verənlərlə bağlı təcili təmaslar həyata keçirilib. Təqdim edə bildiyimiz bütün məlumat bundan ibarətdir”/APA.




Bölməyə aid digər xəbərlər