Zərifdən Türkiyəyə dəstək: "Sanksiyaları şiddətlə qınayırıq"
Tarix: 15-12-2020 10:28 | Bölmə: Siyasət
Zərifdən Türkiyəyə dəstək: "Sanksiyaları şiddətlə qınayırıq"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə əleyhinə sanksiyaları qınayıb.

Reyting.az
xəbər verir ki, Zərif “Tvitter”dəki şəxsi hesabında yazıb:

“ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa hörmətsizlik yenidən tam şəkildə özünü göstərib.

ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını şiddətlə qınayırıq, Türkiyə xalqı və hökuməti ilə bir yerdəyik”.

Qeyd edək ki, ABŞ-ın Türkiyə əleyhinə sanksiyaları Rusiyadan “S-400” hava hücumundan müdafiə sisteminin alışı ilə bağlıdır və “qara siyahı”ya 4 türkiyəli səlahiyyətli daxil edilib.




Bölməyə aid digər xəbərlər