Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə müzakirə aparıb
Tarix: 15-12-2020 18:06 | Bölmə: Siyasət
Prezident Administrasiyasının şöbə müdiri  partiya sədri ilə müzakirə aparıb

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdri Ədalət Vəliyev Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyevlə müzakirələr aparıb.

CHP sədri Bədrəddin Quliyev Reyting.az-a deyib ki, Prezident Administrasiyasının rəsmisi onu Prezidentin adından qələbə münasibəti ilə təbrik edib.

O, əlavə edib ki, müzakirə zamanı ölkəmizin böyük qələbə əldə etdiyi, 30 ildən sonra torpaqların işğaldan azad edildiyi qeyd olunub, qələbə paradının əhəmiyyəti vurğulanıb, ölkədə mövcud olan milli həmrəyliyin qorunub saxlanmasının vacibliyi önə çəkilib: “Eyni zamanda milli və dövlətçilik məsələlərində dövlətin yanında olduğumuzu qeyd etdik. Ümumən milli məsələlərdə əməkdaşlığın əhəmiyyəti qeyd olundu, tərəflər bundan sonra da milli həmrəyliyin qorunub saxlanması məsələsində eyni mövqedən çıxış etdi”.




Bölməyə aid digər xəbərlər