Ceyhun Bayramov Böyük Britaniyanın naziri ilə danışıb
Tarix: 16-12-2020 20:35 | Bölmə: Siyasət
Ceyhun Bayramov Böyük Britaniyanın naziri ilə danışıb

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər bölgədəki cari vəziyyət, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin iqlim dəyişikliyi və atmosferə buraxılan zərərli maddələrin azaldılması mövzusu, bu xüsusda BMT çərçivəsində təşəbbüslərin dəstəklənməsi, eləcə də enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər