Rusiya FTX-nın direktoru Yerevandan sonra Bakıya gələcək
Tarix: 18-12-2020 10:48 | Bölmə: Siyasət
Rusiya FTX-nın direktoru Yerevandan sonra Bakıya gələcək

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Yerevanda səfərdədir.

Reyting.az
xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə, onu MTX-nin direktoru Armen Abazyan qarşılayıb.

Qeyd edək ki, Ermənistanın “Hraparak” qəzeti A. Bortnikovun Yerevandan sonra Bakıya səfər edəcəyini yazıb. Qəzetin məlumatına görə, FTX başçısının səfəri Ermənistanın Baş naziri Nikol Paşinyanın xahişi ilə gerçəkləşib. Səfər Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlıdır.




Bölməyə aid digər xəbərlər