12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:23 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlir
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
11:19 / 12-09-2025
Nazirlik yoxlamalarla bağlı açıqlama yayıb
11:16 / 12-09-2025
Bakıda güclü külək ağacı yola aşırıb
11:13 / 12-09-2025
İsrailin müdafiə nazirinə Türkiyədən şok videozəng gəlib
11:06 / 12-09-2025
NATO Polşaya soxulan rus PUA-larını vura bilməyib
10:53 / 12-09-2025
Azərbaycanda əhalinin sayı açıqlanıb
10:51 / 12-09-2025
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
10:50 / 12-09-2025
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
10:35 / 12-09-2025
Yazıçı Anar: "Hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm”
10:24 / 12-09-2025
Ukrayna ordusu rusların komanda məntəqəsini dağıdıb: 17 zabit öldürülüb
10:18 / 12-09-2025
AMXM-da “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb - Fotolar
10:10 / 12-09-2025
Mədəniyyət Nazirliyi AzTV-yə 28 min ödəyəcək
10:01 / 12-09-2025
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
09:54 / 12-09-2025
ABŞ-da Rusiyanın “Su-34”-lərini tərifləyirlər
09:42 / 12-09-2025
Makronun Mühafizə Xidmətinin sabiq rəhbərinin Bakıda məhkəməsi davam edir
09:28 / 12-09-2025
Günəş panelləri Çini milyardlarla dollar zərərlə üzləşdirib
09:21 / 12-09-2025
Tramp Starmerin hərəkətini bəyənməyib
09:16 / 12-09-2025
"Qarabağ"ın rəqibi yeni transferini açıqlayıb
09:10 / 12-09-2025
Güclü maqnit qasırğaları gözlənilir
08:58 / 12-09-2025
Almaniya Litvada hərbi hazırlıqlar görür
08:54 / 12-09-2025
Odessa və Sumidə partlayışlar baş verib
08:51 / 12-09-2025
Tramp gülləkeçirməz şüşə arxasında əyləşib
08:25 / 12-09-2025
Braziliya lideri: “Qərarlarımıza heç kim qarışa bilməz”
08:19 / 12-09-2025
Almatı Moskva ilə “dəmir bağlantı”nı bərpa edir
08:14 / 12-09-2025
Ermənistan iki cəbhədə işləyir
09:10 / 09-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

Prezident Administrasiyasının şöbə müdiri 12 partiyanın sədri ilə görüşüb
Tarix: 18-12-2020 14:08 | Bölmə: Siyasət

Ölkəmizin gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri arasında açıq müzakirəsi bilavasitə demokratiyanın təcəssümüdür. Bu mənada Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə təşkil olunan görüşlərinin əhəmiyyəti danılmazdır.
Reyting.az xəbər verir ki, Ədalət Vəliyevin növbəti görüşü Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Müsavat Partiyasının sədri Arif Hacılı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, “Yeni Zaman” Partiyasının sədri Musa Ağayev, Azərbaycan Kommunist Partiyasının sədri Hacı Hacıyev, Birlik Partiyasının sədri Xudadat Xudiyev, Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimov, “Qorqud” Partiyasının sədri Firudin Kərimov və Milli Demokrat İdrak Partiyasının sədri Osman Əfəndiyev ilə ayrı-ayrılıqda mobil rabitə və videokonfrans formatında keçirilib.
Görüşlər zamanı Vətən müharibəsində qazanılmış Qələbənin ölkənin gələcək inkişafında rolu, Zəfər paradının gənclərin vətənpərvər ruhda formalaşmasında əhəmiyyəti, xalq-dövlət-ordu birliyi, qazi və şəhid ailələrinin problemləri ilə məşğul olacaq yeni yaradılmış “YAŞAT” Fondunun gələcək fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, imzalanmış üçtərəfli bəyanatın müvafiq müddəalarının icrası kontekstində Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin beynəlxalq müstəvidə artan rolu, Türkiyənin dəstəyi və qardaş ölkə ilə əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin siyasi partiyaların fəaliyyəti və onların canlanması istiqamətində birgə reallaşdırıla biləcək layihələr, parlament seçkiləri, korrupsiya qarşı mübarizə, hərbi əsirlərin dəyişdirilməsi, sülhməramlıların fəaliyyəti, iyul hadisələri zamanı həbs olunmuş şəxslərin ev dustaqlığına buraxılması, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi, partiyaların qərargahla təminatı, yeni yaradılan siyasi partiyaların qeydiyyatı, partiyaların qurultaylarının keçirilməsi, habelə COVID-19 pandemiyası ilə ümummilli mübarizə kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.
Vətən müharibəsi ətrafında fikir mübadiləsi zamanı bildirilib ki, əldə olunan qələbə ölkənin tarixinə qızıl hərflərlə yazılacaq hadisədir. Ölkənin və ümumiyyətlə regionun inkişafında böyük dəyişikliklərə səbəb olacaq Qələbə hələ uzun illər ərzində alim və siyasətçilər tərəfindən tədqiq ediləcək. 44 gün davam edən müharibə zamanı bütün dünya Azərbaycanda yaşanan ümummilli və siyasi həmrəyliyə şahid olub.
İqtidarın təşəbbüsləri vasitəsilə ümummilli və siyasi həmrəylik davamlı olaraq inkişaf edir. Azərbaycan xalqının Prezident İlham Əliyevə olan dəstək və inamı bu birliyin və həmrəyliyin zəmanətidir. “Ölkədə yaşanan həmrəylik siyasi dialoq üçün münbit şərait yaradır” fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi iqtidarın siyasi partiyalar ilə mövcud əməkdaşlığının daha da şaxələnməsində maraqlı olduğunu bildirib.
Vətən müharibəsində qazılan şanlı Qələbə, ölkəmizin açıq hərbi üstünlüyü, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin dərinləşməsi, ATƏT-in münaqişə ilə bağlı fəaliyyətinə dair cəmiyyətimizdə formalaşmış neqativ ictimai münasibət, ölkənin artan beynəlxalq hərbi və siyasi nüfuzu, iqtisadi potensialımız və bir sıra digər amillər ölkəmizə qarşı yeni informasiya təxribatlarına səbəb ola bilər. Sözügedən ehtimalı vurğulayan Ə.Vəliyev ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların mövcud istiqamətdə güclərinin səfərbər olmasının vacibliyini xüsusi olaraq qeyd edib.
Siyasi partiyaların rəhbərləri ilə aparılan fikir mübadiləsi çərçivəsində Ədalət Vəliyev vurğulayıb ki, iqtidar-müxalifət dialoqu bütün digər məsələlərlə yanaşı, ilk növbədə, dövlətin inkişafına xidmət etməlidir. Açıq dialoqa və müzakirələrin davamlı şəkildə aparılmasında maraqlı olduğunu bildirən Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların ölkənin gələcək inkişafı ilə bağlı bütün sahələri əhatə edən təkliflərini dinləməyə, həmçinin onların reallaşdırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib. Odur ki, ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar da öz növbəsində həmin münasibətlərin dərinləşməsində maraqlı olmalıdır.
Görüşlər çərçivəsində siyasi və milli həmrəylik naminə partiyalar arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinin zəruriliyini vurğulayan Ə.Vəliyev ölkəmizdə siyasi mədəniyyətin inkişafı məsələsinə də toxunub. Qeyd edib ki, siyasi mədəniyyətin məzmunu bilavasitə ölkənin demokratik potensialı ilə bağlı olduğu üçün mövcud istiqamətdə müvafiq maarifləndirmə işlərinin aparılması vacibdir. Odur ki, birgə maarifləndirmə işlərinin aparılması iqtidar-müxalifət əməkdaşlığının əsas perspektiv istiqamətlərindən biri ola bilər.
Müzakirələr zamanı xüsusi maraq doğuran mövzulardan biri də işğaldan azad olunmuş ərazilərdə birgəyaşayış mühitinin yaradılması olub. Uzun əsrlər boyu Azərbaycanda formalaşmış multikulturalizm ənənələrinin birgəyaşayışın ən ideal düsturu olduğu qeyd edilib.
Siyasi partiya rəhbərləri iqtidarın dialoq istiqamətində atdığı addımlarını, Zəfər Günü, Anım Günü, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunmasını, Vətən müharibəsi qazilərinə və şəhid olmuş şəxslərin ailələrinə dəstək naminə “YAŞAT” Fondunun yaradılmasını yüksək qiymətləndirib, habelə ölkədə aparılan sistemli islahatların vacibliyini vurğulayaraq dövlətin inkişafı və milli həmrəyliyin qorunması naminə bütün təşəbbüslərdə yaxından iştirak etməyə hazır olduqlarını bildiriblər.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:23
Kürşad Zorlu Naxçıvana gəlir
Bu gün, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Bu gün, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
Bu gün, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər
2-09-2025, 15:25
Ərdoğan: "Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem yoxdur"