Rəsmi Ankara: "Bu "qərar" bölgədə sülh və sabitliyin qorunub saxlanmasına xidmət etməyəcək"
Tarix: 19-12-2020 16:25 | Bölmə: Siyasət
Rəsmi Ankara: "Bu "qərar" bölgədə sülh və sabitliyin qorunub saxlanmasına xidmət etməyəcək"

“Belçika Nümayəndələr Məclisinin qərarının nə tarixi, nə hüquqi, nə də mövcud reallıqlarla heç bir əlaqəsi yoxdur”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy Belçika parlamentinin Aşağı Palatasının Qarabağla bağlı qəbul etdiyi beynəlxaq hüquqa zidd qərarına və ölkəsinə qarşı böhtana münasibət bildirərkən deyib.

O bildirib ki, bu “qərar” Türkiyə-Belçika əlaqələrinə təsir etməyəcək: "Bu "qərar" bölgədə sülh və sabitliyin qorunub saxlanmasına xidmət etməyəcək. Bu sayaq qərarlar daha çox Ermənistanın reallıqları qəbul etməsi prosesini geciktirərək üzərinə düşən məsuliyyətdən yayınmasına yol açacaq”.

Hami Aksoy bildirib ki, Aşağı Palatanın saxta erməni iddiası ilə bağlı qəbul etdiyi “1915-ci il qurbanlarının anılması” qərarı da Avropa İnsan Haqları Məhkəməsinin qərarları başda olmaqla hüquqaziddidir.




Bölməyə aid digər xəbərlər