Türkiyə vitse-prezidentinin tədbirdə çıxışı zamanı halı pisləşib - Video
Tarix: 21-12-2020 14:19 | Bölmə: Siyasət
Türkiyə vitse-prezidentinin tədbirdə çıxışı zamanı halı pisləşib

Ankarada Prezident Administrasiyasında keçirilən “Kibertəhlükəsizlik həftəsi” adlı tədbirdə çıxış edərkən halı pisləşən Türkiyənin vitse-prezidenti Fuat Oktayın səhhətinin yaxşı olduğu açıqlanıb.

Bu barədə “CNN Türk” məlumat yayıb.

Tibbi yardımdan sonra tədbirdə kürsüyə qalxaraq çıxışını davam etdirən F.Oktay özünü yaxşı hiss etdiyini bildirib: “Həkimlərin dediyinə görə, yuxusuzluq və yorğunluq ilə bağlı kiçik narahatlıq olub. Anlayışınız üçün təşəkkür edirəm”.

***

Türkiyənin vitse-prezidenti Fuat Oktayın səhhətində problem yaranıb.

“Cumhuriyet” qəzeti xəbər verir ki, o, dekabrın 21-də “Kibertəhlükəsizlik həftəsi” adlı tədbirə qatılıb.

Tədbirdə çıxışı zamanı halı pisləşən vitse-prezident nitqinə davam etmək istəsə də, bu, mümkün olmayıb.

Mühafizəçilərin F.Oktayı tribunadan düşürüblər və onun üçün təcili tibbi yardım çağırılıb.

Vitse-prezidentin durumu ilə bağlı əlavə məlumat verilməyib.(Report)





Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib