Müdafiə Nazirliyində Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib
Tarix: 22-12-2020 10:17 | Bölmə: Siyasət
Müdafiə Nazirliyində Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri cənab Hamdullah Mohibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, görüş zamanı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hər iki dövlətin silahlı qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

General-leytenant K.Vəliyev Əfqanıstan nümayəndə heyətinə regiondakı təhlükəsizlik vəziyyəti, eyni zamanda Azərbaycanın Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə və həyata keçirdiyi əks-hücum əməliyyatı barədə ətraflı məlumat verib.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib