Ceyhun Bayramov İsveçin XİN başçısı ilə müzakirə aparıb
Tarix: 22-12-2020 20:16 | Bölmə: Siyasət
Ceyhun Bayramov İsveçin XİN başçısı ilə müzakirə aparıb

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında video konfrans formatında görüş baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, görüşdə bölgədə mövcud olan son vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn bir-sıra məsələlərin icrası ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər, 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçin sədrliyini nəzərə alaraq, ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə, habelə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər