Mahmud Vaezi: “İran Bakı-İrəvan münaqişəsinin daimi həllinə kömək etməyə hazırdır”
Tarix: 23-12-2020 10:58 | Bölmə: Siyasət
Mahmud Vaezi: “İran Bakı-İrəvan münaqişəsinin daimi həllinə kömək etməyə hazırdır”

"İran Bakı-İrəvan münaqişəsinin daimi həll olunmasına kömək etməyə hazırdır".

Reyting.az
“IRNA”-ya istinadla xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayevlə görüşdə İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi bildirib.

O, rəsmi Tehranın Dağlıq Qarabağda müharibənin bitməsindən məmnun olduğunu vurğulayıb: "İran həmişə ölkələr, xüsusən qonşular arasındakı mübahisələrin danışıqlar yolu ilə həll edilməli olduğuna inanır və müharibə heç bir şəkildə siyasi həll yollarının əvəzi ola bilməz".

Vaezi İran-Rusiya-Azərbaycan üçtərəfli zirvəsi və ya İran-Azərbaycan-Rusiya-Türkiyə-Ermənistan beştərəfli sammiti kimi çoxtərəfli görüşlərin keçirilməsinin qonşu ölkələri bir-birinə yaxınlaşdıracağını və konstruktiv və faydalı regional iqtisadi əməkdaşlığı inkişaf etdirəcəyini söyləyib. "Azərbaycan Prezidentinin vurğuladığı kimi, İran bu ölkə ilə sərhədini sülh və dostluq sərhədi hesab edir, hər zaman bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir və digər ölkələri bir-birlərinin ərazi bütövlüyünə hörmət etməyə çağırır".

Prezident Aparatının rəhbəri əlavə edib:

"İran qonşuların xarici güclərin bir-biri ilə münasibətlərə müdaxilə etməsinə icazə verməməli olduğuna inanır və bu günə qədər xarici müdaxilənin qonşular arasındakı fikir ayrılıqlarını və qarşıdurmaları gücləndirdiyini, sülh və bölgədəki sabitliyi təhlükə altına qoyduğunu bildirib”.

Mahmud Vaezi vurğulayıb: "Anlaşılmazlığa səbəb olan və başqaları ilə münasibətlərin gərginləşməsinə zəmin yaradan hər hansı bir hərəkətdən qaçmaq lazımdır".




Bölməyə aid digər xəbərlər