10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

17:29 / 10-09-2025

23:25 / 09-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

BMT-nin Baş katibi həyəcan təbili çalır
Tarix: 29-10-2021 13:00 | Bölmə: Siyasət

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dünyanı təhdid edən təhlükə barədə məqalə yazıb. Reyting.az həmin məqaləni təqdim edir:
İqlim böhranı bəşəriyyət üçün həyəcan siqnalıdır.
Dünya liderləri tezliklə Qlazqo şəhərində COP 26 kimi tanınan BMT-nin İqlim Konfransında böyük sınaqdan keçəcəklər.
Onların hərəkəti və ya hərəkətsizliyi -planetimizdəki fövqəladə vəziyyətin həlli ilə bağlı nə qədər ciddi olduqlarını göstərəcək.
Təhlükə əlamətlərini gözdən qaçırmaq mümkünsüzdür: hər yerdə temperatur daha yüksək həddə çatır; biomüxtəliflik azalır; okeanlar istiləşir, turşlaşır və plastik tullantılarla boğulur. Temperaturun bu həddə çatmasına görə planetimizin böyük əraziləri əsrin sonuna kimi bəşəriyyət üçün ölü zonalara çevriləcək.
Mötəbər tibb jurnalı “The Lancet” iqlim dəyişikliyini gələcək illərdə "insan sağlamlığını təyin edən faktor" kimi təsvir edib. Jurnalın qənaətinə görə, iqlim dəyişikliyi aclıq, tənəffüs xəstəlikləri, ölümcül fəlakətlərin geniş yayılmasına, eləcə də COVID-dən daha pis ola biləcək yoluxucu xəstəliklərin yaranmasına səbəb olacaq.
Həyəcan təbilinin çalınmasına baxmayaraq, BMT-nin son hesabatlarında hökumətlərin indiyə kimi atdığı addımların ehtiyaclara uyğun olmadığına dair yeni sübutlar görürük.
İqlim uğrunda mübarizə ilə bağlı yeni fəaliyyətlər mühüm əhəmiyyət daşıyır və bizi sevindirir. Lakin buna baxmayaraq, dünyamız qlobal temperaturun fəlakət vəd edən 2 dərəcə selsidən çox yüksəlməsinə doğru gedir.
Bu, dünyanın Paris Sazişinə əsasən razılaşdığı 1,5 dərəcə hədəfindən çox uzaqdır. Alimlər bu hədəfin dünyamızın dayanıqlı gələcəyi üçün yeganə yol olduğunu deyirlər.
Bu hədəfə nail olmaq mümkündür. Əgər cari onillikdə qlobal emissiyaları 2010-cu il səviyyəsi ilə müqayisədə 45 faiz azalda bilsək. 2050-ci ilə qədər qlobal emissiya balansını sıfıra endirə bilsək.
Əgər dünya liderləri Qlazqoya cəsarətli, iddialı və həyata keçirilməsi mümkün olan 2030-cu il hədəfləri, habelə bu fəlakəti aradan qaldırmaq üçün yeni, konkret siyasətlərlə gəlsələr.
Xüsusilə də 20-lik qrupunun (G20) liderləri bu istiqamətdə nəticələr əldə etməlidir..
Diplomatik nəzakət zamanı deyil.
Hökumətlər, xüsusən də G20 hökumətləri bu səylərə rəhbərlik etməsələr, bəşəriyyət iztirablı günlərə doğru gedəcək.
Bütün ölkələr dərk etməlidir ki, köhnə, karbon yandıran inkişaf modeli onların iqtisadiyyatları və planetimiz üçün ölüm hökmüdür.
Bizim indi hər bir ölkədə, hər sahədə karbonsuzlaşdırmaya ehtiyacımız var. Qalıq yanacaq istehsalına ayrılan subsidiyaları bərpa olunan enerjiyə yönəltməli, vergilərin hədəfi isə insanlar deyil, ətraf mühitin çirklənməsi olmalıdır. Karbon qazının emissiyasına qiymət qoymalı və onu dayanıqlı infrastrukturların inşası və iş yerlərinin açılmasına yönəltməliyik.
Və biz 2030-cu ilə qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində, 2040-cı ilə kimi isə bütün digər ölkələrdə kömürdən imtina etməliyik. Kömür istehsalının maliyyələşdirilməsini dayandırmaq öhdəliyini götürən ölkələrin sayı artmaqdadır. Özəl sektorlar da təcili olaraq eyni addımı atmalıdır.
İnsanlar haqlı olaraq hökumətlərindən bu işdə qəti addımlar gözləyirlər. Amma hər birimizin ortaq gələcəyimizi qorumaq məsuliyyətimiz var.
Bizneslər iqlimə təsirlərini azaltmalı, fəaliyyətləri və maliyyə axınlarını tam və etibarlı şəkildə sıfır emissiya balanslı gələcəyə uyğunlaşdırmalıdırlar. Artıq bəhanələrə və ətraf mühitlə bağlı saxta hekayələrə yer yoxdur.
Həm dövlət, həm də özəl sərmayəçilər eyni addımı atmalıdır. Onlar bu sahədə qabaqcıl olan sıfır emissiya hədəfli aktivlərin sahibləri Alyansına, habelə karbon emissiyasını 32 faiz azaltmaqla 2021-ci il investisiya hədəfinə vaxtından əvvəl çatmış və artıqlaması ilə icra etmiş BMT-nin pensiya fonduna qoşulmalıdır.
Hər bir cəmiyyətdə fərdlər qidalanma, səyahət və aldıqları əşyalarla bağlı daha yaxşı və məsuliyyətli seçimlər etməlidir.
Gənclər və iqlim fəalları göstərdikləri işləri davam etməlidir: liderlərdən əməli iş tələb etməli və onları sorğulamalıdır.
Bütün ölkələrə bu dəyişikliyə nail olmaq üçün qlobal həmrəyliyə ehtiyacımız var. İnkişaf etməkdə olan ölkələr borc və likvidlik böhranı ilə üz-üzə qalıb. Onların dəstəyə ehtiyacı var.
Dövlət və beynəlxalq inkişaf bankları iqlim sahəsindəki fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırmalı və ölkələrin sıfır emissiya balansına və dayanıqlı iqtisadiyyata keçidinə kömək etmək üçün səylərini gücləndirməlidirlər. İnkişaf etmiş dünya təcili olaraq inkişaf etməkdə olan ölkələr üçün illik ən azı 100 milyard dollar iqlim maliyyəsinin ayrılmasına dair öhdəliyini yerinə yetirməlidir.
Donorlar və beynəlxalq inkişaf bankları iqlim maliyyəsinin ən azı yarısını uyğunlaşma və davamlılıq üçün ayırmalıdırlar.
Birləşmiş Millətlər Təşkilatı 76 il əvvəl bəşəriyyətin üzləşdiyi ən böyük təhdidlərə qarşı mübarizədə konsensusa nail olmaq məqsədilə yaradılıb. Ancaq belə böhranla - mövcudluğumuzu təhlükə altına qoyan bir böhranla nadir hallarda üzləşmişik. Lazımi addımlar atılmasa, bu böhran təkcə bizə deyil, gələcək nəsillərə də təhlükə törədəcək.
Gələcək üçün bir yol var. Qlobal istiləşmənin 1.5 dərəcədən çox artmaması - bəşəriyyətin gələcəyi üçün yeganə yoldur.
Nə qədər ki gec deyil, dünya liderləri Qlazqoda bununla ciddi məşğul olmalıdır.
Bölməyə aid digər xəbərlər

12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər