10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

17:29 / 10-09-2025

23:25 / 09-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

Zahid Oruc: “21-ci əsrdə qalib gələn yeganə xalqıq”
Tarix: 05-11-2021 12:54 | Bölmə: Siyasət

“Ermənistan üzərində qələbəmizin birinci ildönümünü şərəflə qeyd edirik. Ali Baş Komandanın dediyi kimi, biz təkcə ərazi bütövlüyümüzü deyil, həm də həqiqət, ədalət və ləyaqət uğrunda vuruşmuşuq. Əgər torpaq bütünlüyü bir millətə aiddirsə, ədalət bütün bəşəriyyətin sərvətidir. Ona görə də dünyada haqq tərəfdarı olan hər kəs Zəfərimizi özününkü hesab edir”.
Reyting.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, insan yaranandan daim azadlığa can atır və bu hiss Qarabağın azad edilməsi ilə eyni mənanı daşıyır: “Millətimizin Vətən müharibəsinə başlaması Azadlıq və Xilas uğrunda müharibə idi. Ona görə də 8 Noyabr həm də bütövlük, azadlıq və yeni müstəqillik günümüzdür”.
Deputatın sözlərinə görə, mübariz ata-babalarımızın torpağa qarışan canı deməyə əsas verir ki, iki əsrdən artıqdır davam edən erməni-azərbaycanlı düşmənçiliyindən hər bir Azərbaycan ailəsi müxtəlif dərəcədə ziyan çəkib: “Ona görə də indiki Qalibiyyət nəslinin əldə etdiyi uğur Şuşa qalasının əsasını qoyan Pənahəli xandan bu yana doğma torpaqlarında yaşamağa can atan, onu qoruyan hər kəsin qələbəsidir! Biz insanlarımızın ruhunun necə canlandığını, Qələbənin gətirdiyi yeni milli kimliyi, böyük siyasi oyanışı yaxşı görürük. İlham Əliyevin rəhbəri olduğu Xalq və Silahlı Qüvvələr indi 70 mindən artıq orden və medalları daşıyan qalib Qafqaz ordusudur.
30 il əvvəl biz - məktəbli yeniyetmələr “Şərikli çörək” idealının təsiri altında, “Gənc qvardiyaçı” Oleq Koşevoyun və “Polad necə bərkidi”nin qəhrəmanı Pavel Korçaginin unudulmaz obrazlarına az qala sitayişlə baxan bir nəsil - SSRİ dağılandan sonra siyasi təqvimdə Milli Qələbə Gününün olmadığı şəraitdə bütün uğurları yarımçıq sayırdıq. Başqa millətlərin qəhrəmanlarına xiffət etmək üzücü idi. İndi 21-ci əsrdə qalib gələn yeganə xalqıq! Onlarla düşmən əsgəri üzərində keçirilən tarixi məhkəmə prosesi Azərbaycan paytaxtında - Bakıda, Lenindən Qorbaçova qədər rəhbərlərin sahib olmaq istədiyi bir şəhərdə - dünya erməniçiliyinin üzərində qurulan Nürmberq prosesi sayıla bilərdi. Sonra həmin əsgərlərlə bağlı verilən qərar heç kəsi fikrindən döndərməsin - cəzalı erməni hərbçiləri o hökmləri ömürləri boyu üzərlərində daşıyacaqlar”.
Z. Oruc əlavə edib ki, Qələbəmizin yüzlərlə səbəbini bir tarixi fakt yaxşı izah edir - İkinci Dünya müharibəsinin yekunlarına həsr olunan təntənəli mərasimin sonuna az qalmış İosif Stalin yenidən tribunaya qalxır və deyir: “Xalqımız müharibənin ilk illərində məcburən geri çəkildiyimizə, Ukraynanı, Belorusiyanı, Kareliyanı tərk etdiyimizə görə hökumətə etimadını tam itirər, gedib almanlarla istədiyi müqaviləni bağlayardı. Lakin onlar bunu etmədilər”. Həmin fikrin davamı olaraq, Zahid Oruc bildirib ki, prezident İlham Əliyev Qələbə Ordusunu və Güclü Dövləti qurana qədər komanda üzvlərindən gördüyü xəyanətlər zamanı da, qarşılaşdığı məmur cinayətləri və milli qəsdlər dövründə də Azərbaycan xalqının birinci şəxsə olan yüksək inamı və etibarı sarsılmadı: “Milyonlarla insan Qələbəyə gedən yolu yarımçıq qoyub hakimiyyəti dəyişmək istəmədi. Ona görə də İlham Əliyevə sarsılmaz inam göstərən millətimiz hər cür ehtirama layiqdir!
Biz etiraf etməliyik ki, Şanlı Qələbəmizə xidmət edən insanlara dövlətimizin göstərdiyi qayğı ilə yanaşı, hələ də ehtiyac içərisində yaşayan döyüşçü və qəhrəman ailələrimiz var. Bəs tarixdə necə olub? 76 il bundan əvvəl Almaniya üzərində qələbədən sonra müharibədən doğma kəndinə fərəhlə qayıdan veteran mağazada çörəyin limitinin 1.4 kiloqram olmasından hiddətlənib “Bunun üçün döyüşmüşdük? Cəbhədə düşmən gülləsindən ölmədik, indi bizi çörəklə sınağa çəkirsiz?”,- deyərək əsəb keçirir, tanınmış sovet şairi Boris Slutski isə on minlərlə səngər yoldaşının 5 illik savaşdan sonra geri dönəndə iş yerlərini başqaları tutduğuna görə qəzəblə etiraz manifestləri yazırdı. Göründüyü kimi, böyük itkilər gətirən savaşdan sonra hər bir xalqın diqqətdən kənarda qalan döyüşçüsü, şəhid valideyni emosiyasını informasiya məkanına daşıya bilər. Lakin Suqovuşandan Şuşa yüksəkliyinə qalxan döyüşçülərin narazılığını kənardan öz məqsədlərinə alət etmək istəyənlər onları qalib dövlətə qarşı çevirə bilməzlər. Biz ötən əsrin sonlarında belə bir sınaqdan qətiyyətlə keçmişik.
Əlbəttə, Şanlı Qələbəmiz bütün ssenarilərin işığında daha aydın və əzəmətli görünür. Əgər biz savaşı qazana bilməsəydik bir xalqın dövlətçiliyi sarsıla bilərdi. Bizim məğlubiyyətimizi istəyən qüvvələr vardı. Lakin uduzmaq şansımız yox idi, çünki Qələbəmiz Heydər Əliyev siyasətinin təməlləri üzərində qurulmuşdu”.
Z. Oruc əlavə edib ki, İkinci Qarabağ müharibəsinin rəsmi statistikalarına istinad etsək, iki ölkə birlikdə 7 minə qədər hərbçi itirib: “İki tərəfdən birgə yaralıların sayı qeyri-rəsmi rəqəmlərə görə 16-18 minə çatır. Əgər günlük hesabda biz müharibənin itki miqyasını ölçmək istəsək, onda görəcəyik ki, bir gündə həyatını itirənlər 159 nəfərə, yaralılar isə 360-400-ə yaxındır. Deməli, “21-ci əsrin müharibəsi” adlandırılan sonuncu savaş Birinci Qarabağ müharibəsi qədər davam etsəydi, 350 mindən artıq itki ola bilərdi. Miqyası təsəvvür edirsiniz? Ona görə də bizim 44 günlük Zəfərimiz ən qısa vaxtda, ən az itki ilə ən yüksək nəticənin qazanıldığı haqq savaşı kimi tarixə düşəcəkdir.
44 günlük müharibənin dünya tarixi üçün mühüm əhəmiyyətindən biri də İkinci Dünya müharibəsindən sonra həmin savaşdan böyük diplomatik məharətlə kənarda qalmağı bacaran qardaş Türkiyənin və faşizmlə döyüşün qalibi sayılan, Sovetlər Birliyinin varisi adlandırılan Rusiya dövlətinin rəhbərinin 3-cü dövlətin, indiki halda Azərbaycanın qələbəsini tanıyan bir aktı imzalaması çox nadir hadisədir. Son 76 ildə buna bənzər digər bir aktı xatırlamaq mümkün deyil.
Dünya tarixində ərazi işğalları aradan qaldırılarkən on min kvadrat kilometr ərazilərin düşmən qüvvələrdən təmizlənməsi ən azı 3 dəfə artıq ərazilərə müharibənin yayılması şəraitində mümkün olur. Bərdəyə, Gəncəyə, Tərtərə vurulan xain zərbələrə baxmayaraq, İkinci Qarabağ müharibəsi strateji obyektlərə, yollara, hava limanlarına, döyüş zonasından uzaqda yerləşən yaşayış massivlərinin hərbi-texnoloji imkanlarla qətiyyətlə qorunduğu “ağıllı müharibə” nümunəsidir. Yəni, hərbi əməliyyatların radiusunu Qarabağ və ətraf ərazilərdə lokallaşdırmaq Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.
Azərbaycan son yüz illik tarixində - güclü liderlərə, güclü xalqa, zəif orduya, yaxud parçalanmış xalqa və dağılmış orduya malik olduğu dövrlərin hamısında - torpaq itirib və məğlub olub. Ölkəmiz özünün müstəqillik tarixində ilk dəfədir ki, güclü liderə, vahid xalqa və monolit orduya malikdir və məhz ona görə də qələbə qazanıb.
Qarabağ bizim üçün təkcə, ərazi vahidi, yurd yeri və doğma torpaq demək deyil. Şanlı Ordumuzun yalnız silahla deyil, yenilməz ruhu və iradəsi ilə qazandığı qələbədən doğulan yeni xalq özünün gələcək qalib oğullarını yetişdirəcək.
Bayramınız mübarək olsun, əziz qardaş və bacılar! 200 ildən sonra bir xalqın öz şərikli Zəfər çörəyini dadmaq və Qələbə məclisini qurmaq haqqı var! Gələcək qələbələrimizin əsasını qoyan Ali Baş Komandana, millətimizə, əsgər və zabitlərimizə alqış olsun! Bütün sınaqlardan qürur və şərəflə çıxan bir xalqın öz keçmişinə və gələcəyinə hörmət gətirən 8 Noyabr müqəddəsliyi əbədi və dönməz olsun!”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər