İsrail səfiri:"Cənubi Qafqazda dayanıqlı sülh istəyirik"
Tarix: 02-12-2021 17:45 | Bölmə: Siyasət
İsrail səfiri:"Cənubi Qafqazda dayanıqlı sülh istəyirik"

"İsrail azad olunmuş ərazilərdəki infrastrukturun bərpasında Azərbaycanla tərəfdaşdır".

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında bildirib.

İndiyədək azad edilmiş ərazilərdə dəfələrlə olduğunu deyən səfir son olaraq Ağdamda Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynovla görüşərək müxtəlif sahələrdə bundan sonrakı əməkdaşlığın istiqamətlərini müəyyənləşdirdiklərini diqqətə çatdırıb.

“Biz regionda uzunmüddətli, dayanıqlı sülh görmək istəyirik” - deyən israilli diplomat Azərbaycanda bundan sonra da humanitar layihələr həyata keçirəcəklərini qeyd edib.

“Bakıda evlərin pəncərələrində İsrail bayraqlarını görmək çox sevindiricidir. Bu, nəinki ölkələr arasında, insanlar arasındakı münasibətlərin də yüksək səviyyəsini göstərir” - səfir vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}