Xocavənddə Azərbaycan hərbçisinə hücum edən erməni zərərsizləşdirilib
Tarix: 03-12-2021 15:07 | Bölmə: Siyasət
Xocavənddə Azərbaycan hərbçisinə hücum edən erməni zərərsizləşdirilib

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}