Saleh Rüstəmli ilə bağlı məhkəməyə ərizə verilib
Tarix: 06-12-2021 13:57 | Bölmə: Siyasət
Saleh Rüstəmli ilə bağlı məhkəməyə ərizə verilib

Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması ilə bağlı vəkilləri Aqil Layıc və Bəhruz Bayramov Nizami Rayon Məhkəməsinə ərizə verib.

Reyting.az
 xəbər verir ki, bu barədə Aqil Layıc feysbukda yazıb.

Qeyd edək ki, Saleh Rüstəmov I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gələn zaman həbs edilib və narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə əlavə edilən başqa ittihamlara əsasən S. Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}