Rusiya ermənilərin ittihamları ilə razılaşmır
Tarix: 17-08-2022 12:04 | Bölmə: Siyasət
Rusiya ermənilərin ittihamları ilə razılaşmır

"Biz yerli informasiya məkanında Rusiya strukturlarına qarşı bu il avqustun 14-də "Surmalu" ticarət mərkəzinin ərazisində baş verən faciədə iştirakla bağlı əsassız və saxta ittihamlardan ibarət rüsvayçı materiallardan hiddətlənirik".

Reyting.az
xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində yerləşdirilən məlumatda deyilir.

“Bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar, o cümlədən lazımi ictimai şərhlər gözləyirik.

Müvafiq nota səfirlik tərəfindən Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib.

Rusiya-Ermənistan Humanitar Reaksiya Cavab Mərkəzinin təmsil etdiyi Rusiya tərəfi ilk dəqiqələrdən faciənin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub”, - deyə məlumatda vurğulanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}