Elxan Şahinoğlu: "Ərdoğanla BMT-nin baş katibi ağır işə girişiblər"
Tarix: 18-08-2022 13:03 | Bölmə: Siyasət
Elxan Şahinoğlu: "Ərdoğanla BMT-nin baş katibi ağır işə girişiblər"

"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreş ağır işə girişiblər, hər ikisi Rusiya-Ukrayna savaşını dayandırmağa çalışır və bu məqsədlə Ukraynaya gediblər".

Reyting.az
xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ərdoğan və Quterreş Rusiya ilə Ukrayna arasında taxıl anlaşmasını təmin ediblər: "Onlar bu uğurlarını davam etdirmək istəyirlər. Ancaq işğalçı savaşı dayandırmaq üçün Rusiyanı və Ukraynanı razı salacaq təkliflər hazırlamaq çətindir. Buna baxmayaraq, Ərdoğan-Quterreş ikilisi qətiyyyətlidir, müsbət nəticə hər ikisi üçün vacibdir. Ərdoğan gələnilki prezident seçkisi öncəsində reytinqini yüksəltmək, Quterreş isə rəhbərlik etdiyi təşkilatın nüfuzunu artırmağı planlaşdırır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}