Krımda ard-arda partlayşlar olub - Rusiya donanmasının qərargahı vurulub - Video (Yenilənib)
Tarix: 20-08-2022 12:30 | Bölmə: Siyasət
Krımda ard-arda partlayşlar olub - Rusiya donanmasının qərargahı vurulub

Krım yarımadasındakı Sevastopol şəhərində yerləşən Rusiya donanmasının qərargahı yaxınlığında partlayış baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Rusiya tərəfi donanmasının qərargahı yaxınlığında baş vermiş partlayışı təsdiqləyib.

TASS xəbər verir ki, bu barədə ərazinin “qubernatoru” Mixail Razvojayev bildirib.

O, qərargahın PUA ilə vurulduğunu desə də, itki barədə məlumat verməyib.

***

Krım yarımadasındakı Baxçasaray şəhərində partlayış səsləri eşidilib.

Bu barədə UNIAN məlumat yayıb.

Yaxınlıqdakı aerodrom ərazisində havada tüstünün müşahidə olunduğu bildirilib.

Qeyd edək ki, bu, gün ərzində Krım ərazisində qeydə alınan üçüncü partlayışdır.

Daha əvvəl Sevastopol və Yevpatoriya şəhərində oxşar hadisələr baş verib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}