Məşhur politoloqun qızı partlayış nəticəsində həlak olub - Video
Tarix: 21-08-2022 09:10 | Bölmə: Siyasət
Məşhur politoloqun qızı partlayış nəticəsində həlak olub
Aleksandr Duqin

Rusiyanın Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobil partlayıb.

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, avtomobildə Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqinin qızı, “United World International”ın baş redaktoru Darya olub.



Darya hadisə yerində həyatını itirib. İlkin versiyalara görə, qəza qaz balonunun və ya əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə səbəblərini müəyyənləşdirirlər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}