18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
ABŞ və Avropa İttifaqı Azərbaycanın qərarını alqışlayır
Tarix: 09-09-2022 08:39 | Bölmə: Siyasət
ABŞ və Avropa İttifaqı Azərbaycanın qərarını alqışlayır

ABŞ Dövlət Departamenti Azərbaycanın 5 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayır.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays “Twitter” hesabında yazıb ki, erməni hərbçilərin evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırlar: “Bu, Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır”.

N. Prays ümid edirik ki, qalan bütün saxlanılanlar da tezliklə öz evlərinə qayıdacaqlar, Azərbaycan və Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcəklər.

ABŞ-la yanaşı Avropa İttifaqı (Aİ) da Azərbaycan tərəfinin erməni hərbçilərini Ermənistana təhvil verməsini alqışlayır.

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter”də qeyd edib ki, liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsini alqışlayırıq.

Klaar bunu əhəmiyyətli humanitar jest sayır və təhvil-təslim prosesi olmadan bunun baş tutmasını diqqətəlayiq hesab edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}