Fərid Şəfiyev: "Fransa narahatdır, biz bunun səbəbini bilirik"
Tarix: 14-09-2022 12:07 | Bölmə: Siyasət
Fərid Şəfiyev: "Fransa narahatdır, biz bunun səbəbini bilirik"

“Bu gün Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Toplantıda Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyət müzakirə ediləcək. Sonuncu dəfə belə bir iclas 27 il əvvəl keçirilib".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun BMTM-in dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

"Biz neçə dəfə belə bir iclasın keçirilməsi ilə bağlı müraciət etsək də, bizə bu işlə ATƏT-in Minsk qrupunun məşğul olduğu cavabı verilirdi. Fransa çox narahatdır. Biz bunun səbəbini bilirik. Bu hadisələr göstərir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişkən: "dünya 5-dən böyükdür”, - o qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}