Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Ramil Usubova zəng edib
Tarix: 14-09-2022 16:58 | Bölmə: Siyasət
Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Ramil Usubova zəng edib

Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubova telefonla zəng edib.

Azərbaycan Təhlükəsizlik Şurası Katibinin Xidmətindən verilən məlumata görə, o, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla bağlı xalqımıza dəstəyini və həmrəyliyini ifadə edərək, hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.

R.Usubov başsağlığına və qardaş dəstəyinə görə Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinə minnətdarlığını bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}