18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Milli Məclis Özbəkistanla hərbi-texniki əməkdaşlıq haqqında Sazişi müzakirəyə çıxaracaq
Tarix: 16-09-2022 14:50 | Bölmə: Siyasət
Milli Məclis Özbəkistanla hərbi-texniki əməkdaşlıq haqqında Sazişi müzakirəyə çıxaracaq

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bu Saziş Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Deputatlar sazişi yüksək qiymətləndirib, iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Saziş 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}