14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Aİ rəsmisi: "Bakı və İrəvanda emosional fikir mübadilələri oldu"
Tarix: 17-09-2022 15:52 | Bölmə: Siyasət
Aİ rəsmisi: "Bakı və İrəvanda emosional fikir mübadilələri oldu"

“Bakıda, İrəvanda, həmçinin Vyanada keçirilən təcili görüşlərdən sonra Brüsselə qayıtdım. Mürəkkəb və bəzən emosional fikir mübadilələri oldu. Hələ bir çox problem var, lakin atəşkəsin davam edəcəyinə ümid edirik. Danışıqlara qayıtmaq lazımdır”.

Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviterdə yazıb.

O qeyd edib ki, Aİ ən yüksək səviyyədə məsələ ilə məşğul olur: “Bizim məqsədimiz Ermənistan və Azərbaycana sabit, təhlükəsiz və firavan Cənubi Qafqazı təmin edəcək hərtərəfli və davamlı razılaşmaya nail olmaqda kömək etməkdir”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}