16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənilərin diplomatik nümayəndəliklərimizə hücumları ciddi narahatlıq doğurur
Tarix: 18-09-2022 20:03 | Bölmə: Siyasət
Ermənilərin diplomatik nümayəndəliklərimizə hücumları ciddi narahatlıq doğurur

Son günlər Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına bu ölkədəki erməni icmaları tərəfindən hücumların törədilməsi ciddi narahatlıq doğurur.

Reyting.az
-ın məlumatına görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.

Azərbaycan XİN radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyir:

“Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyatı dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.

Xatırladırıq ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}