07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Putin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasında Moskvanın iştirakını vacib sayır
Tarix: 20-09-2022 16:04 | Bölmə: Siyasət
Putin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasında Moskvanın iştirakını vacib sayır

“Rusiya Moskvaya yaxın ölkələr arasında sülh yolu ilə nizamlanmanın tərəfdarıdır”. Reyting.az “Regnum”a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan sərhədində vəziyyətin pisləşməsindən danışarkən bildirib.

Xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimində Rusiya dövlət başçısı deyib:

“Bizə yaxın olan dövlətlər arasında istənilən münaqişəli vəziyyətlər bizdə ciddi narahatlıq doğurur. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına tam riayət etməyə çağırırıq".

V. Putin əlavə edib ki, həllin açarının Moskvanın məsləhət dəstəyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın peşəkar, birgə işində olduğuna əsaslanmaq lazımdır.

Beləliklə, Putinin sözlərindən belə çıxır ki, Rusiya Azərbaycan və Ermənistan orduları arasında bu yaxınlarda baş verən qarşıdurmaları "ərazi mübahisəsi" kimi qiymətləndirir və Ermənistanın "Azərbaycanın onun ərazisinə hücumu" haqqında mövqeyini bölüşmür.

Bundan başqa, Putinin sözlərindən məlum olub ki, delimitasiya prosesi yalnız onun moderatorluğu ilə həyata keçirilməlidir və digər xarici qüvvələrin iştirakı istisnadır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}