07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Blinken ilə Çavuşoğlu Azərbaycan və Ermənistan məsələsini müzakirə ediblər
Tarix: 20-09-2022 21:14 | Bölmə: Siyasət
Blinken ilə Çavuşoğlu Azərbaycan və Ermənistan məsələsini müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib k, Entoni Blinken və Mövlud Çavuşoğlu Cənubi Qafqazdakı gərginliyi müzakirə ediblər.

N. Praysın sözlərinə görə, dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoqun təşviqi və münaqişənin uzunmüddətli siyasi həllinə nail olunmasına kömək etmək üçün səylərini davam etdirir.

Prays əlavə edib ki, onlar Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı NATO koordinasiyasını da müzakirə ediblər.

Dövlət Departamentinin rəsmisi bildirib ki, dövlət katibi Türkiyənin Ukrayna taxılının Qara dəniz vasitəsilə davamlı daşınmasını təmin etmək üçün diplomatik səylərini yüksək qiymətləndirib və BMT vasitəsilə əldə olunan razılaşmalara hörmətlə yanaşmanın və Moskvanın məsuliyyət daşımasının vacibliyini vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}