17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
Tarix: 26-09-2022 11:48 | Bölmə: Siyasət
Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Plana uyğun olaraq, nazirliyin rəhbərliyi və digər hərbi qulluqçular tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunacaq, Ulu Öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad ediləcək.

Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdiriləcək.

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışılacaq.

Həmçinin hərbi qulluqçular şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərimizi ziyarət edəcəklər.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}