14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Zahid Oruc: “Beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır”
Tarix: 28-09-2022 10:08 | Bölmə: Siyasət
Zahid Oruc: “Beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır”

"Ölkənin beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır. Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun Vətən müharibəsinin ikinci ildönümündə keçirilməsi mühüm hadisədir".

Reyting.az
xəbər verir ki, bunu deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan öz müstəqilliyini Vətən müharibəsində hərb meydanında yenidən qazandı:

"Vətən müharibəsi dünyadakı bütün savaşların ədalətlə başa çatmasını göstərən unikal nümunədir".

Deputatın fikrincə, Azərbaycanda analitik mərkəzlərin yaranması 2000-ci illərdən formalaşmağa başlayıb:

"Bu, forum mühüm platformadır. Azərbaycanda beyin mərkəzlərinin kəmiyyət artımını keyfiyyət müstəvisinə çıxarmaq lazımdır. Ona görə də beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır".(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}