Bayramovla Lavrov üçtərəfli bəyanatların icra vəziyyətini müzakirə ediblər
Tarix: 28-09-2022 14:27 | Bölmə: Siyasət
Bayramovla Lavrov üçtərəfli bəyanatların icra vəziyyətini müzakirə ediblər

28 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

XİN-nin xəbərinə görə, nazirlər bölgədəki mövcud vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}