Rusiya XİN: "Makronun bəyanatı qəbuledilməzdir"
Tarix: 13-10-2022 18:37 | Bölmə: Siyasət
Rusiya XİN: "Makronun bəyanatı qəbuledilməzdir"

"Parisin Moskvanın Bakı və İrəvanla münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur".

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçücü Mariya Zaxarova deyib.

O bildirib ki, Fransa prezidenti Makronun bəyanatı qəbuledilməzdir: "Fransa prezidenti Emmanuel Makronun Moskvanın guya Cənubi Qafqazda sabitliyi pozmağa çalışması ilə bağlı bəyanatları yolverilməz və qətiyyən qəbuledilməzdir. Fransa Prezidentinin absurd uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərmədiyini nümayiş etdirir və bu ölkənin konstruktiv rol oynaya bilməsini şübhə altına alır. Bu cür çıxışlar Fransanın nüfuzunu da kölgə altına alır”.

Zaxarova deyib ki, Fransadan fərqli olaraq, Rusiya problemin həllinə yaxından dəstək verir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}