Ordumuzun mövqeləri yenidən atəşə tutulub
Tarix: 14-10-2022 09:14 | Bölmə: Siyasət
Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətindəki mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}