00:04 / 16-09-2025
Qurban Qurbanov: “Benfika” ilə oyuna yaxşı hazırlaşa bilmədik”
23:12 / 15-09-2025
"Qarabağ"ın futbolçusu: "Benfika"nı yaxşı təhlil etmişik"
20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

22:10 / 12-09-2025

ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası açıqlanıb
Tarix: 14-10-2022 14:36 | Bölmə: Siyasət

“Reuters” agentliyi Ağ evin yenicə açıqladığı Milli Təhlükəsizlik Strategiyası ilə bağlı şərh yayıb. Reyting.az şərhi qısa ixtisarla oxucuların diqqətinə çatdırır.
Ağ ev nəhayət ki, Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb.
Startegiyanın açıqlanması bir müddət idi təxirə salınırdı.
Strategiya Çinin irəliləməsinin qarşısını almağa hədəflənib.
Sənəddə həmçinin demokratik ölkələrin üzləşdiyi problemlərin həlli məqsədilə müttəfiqlər arasında sıx əməkdaşlığın zəruri olduğu bir daha bəyan edilir.
Sənəd 48 səhifədən ibarətdir. Onun açıqlanması Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəbindən təxirə düşürdü.
Əslində bu sənəd milli təhlükəsizliyə yanaşmada köklü bir dəyişikliyə yol açmır, ortaya hər hansı yeni xarici siyasət doktrinası da qoymur.
Sadəcə qeyd edilir ki, ABŞ-ın liderliyi iqlim dəyişkənliyi və avtoritarizmin qabarması kimi dünya miqyaslı təhdidlərin dəf olunmasında həlledici rola malikdir.
Startegiyada vurğulanır ki, hətta Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra da Çin beynəlxalq nizama meydan oxuyan başlıca ölkə olaraq qalır və Birləşmiş Ştatlar dünyaya təsirini qoruya biləcəyinə ümid bəsləyən fövqəldövlətlə silahlanma yarışını iqtisadi müstəvidə hökmən udmalıdır.
Strategiyanın qarşıya qoyduğu siyasi xətti izah edərkən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Birləşmiş Ştatlar həmişəki kimi Çin Xalq Respublikası ilə rəqabətin məsuliyyətlə idarə olunması prinsipinə sadiqdir: “Çin isə günü-gündən daha çox çalışır ki, qlobal meydanda beynəlxalq nizam onun əlinə oynasın”.
Sallivanın sözlərinə görə, Vaşinqton transmilli problemlərin, o cümlədən iqlim dəyişkənliyi, ərzaq təhlükəsizliyinin yoxluğu, infeksion xəstəliklər, terrorçuluq, yeni enerji sistemlərinə keçid, inflyasiya problemlərinin həlli ilə məşğul olmaqla bərabər Çinlə münasibətlərini də idarə etmək məcburiyyətindədir.
Çinin ABŞ-dakı səfirliyi məsələni şərh etmək üçün ona ünvanlanmış sorğuya dərhal cavab vermək istəməyib.
Baydenin hələ xarici siyasət sahəsində yoluna qoymalı olduğu bir xeyli mübahisəli məsələ qalır. Söhbət mühüm məsələlərdən, o cümlədən ABŞ-ın əvvəlki prezidenti Donald Trampın Çin mallarına tətbiq etdiyi tariflərdən gedir. Həmin tariflər amerikalı idxalçılara milyardlarla dollara başa gəlməkdədir.
Baydenin xarici siyasət sahəsində həll etməli olduğu yeni problemlərdən biri də Rusiyanın atdığı addımlarla bağlıdır. ABŞ-ın köhnə müttəfiqi Səudiyyə Ərəbistanı ilə münasibətlərinin korlanması, Ərəbistanın, həmçinin Hindistanın Rusiyanın enerji resurslarından asılı qalması da bu sıraya aiddir.
ABŞ-ın narazılığına baxmayaraq, neft ixracatçılarının OPEK+ koalisiyası 2022-ci ilin noyabr-dekabr aylarında neft hasilatını azaldacağını elan edib. Prezident Bayden buna görə ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxacağını deyib. Sallivan da bugünlərdə eyni mövqeni təkrarlayıb.
Barak Obamanın prezidentliyi dövründə ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə köməkçisi işləmiş Daniel Raussel bildirib ki, yeni Milli Təhlükəsizlik Strategiyası prezident Cozef Baydenin bəyan etdiyi daxili yenilənmə, ittifaqların və demokratik institutların gücləndirilməsi, əməkdaşlıqla rəqabət arasında tarazlığın qorunması prioritetlərinə uyğundur.
Rassel sənəd üzərində iş aparıldığı 21 ayda strategiyanın açıq-aşkar dəyişikliyə uğradığını, Çinlə rəqabətə xüsusi diqqət yetirildiyini də vurğulayıb: “Çin dünyaya yalnız strateji rəqabət prizmasından baxmamaq öhdəliyi götürüb. Bununla belə Çinlə rəqabət hər yerdə özünü göstərir”.
Daniel Rassel sənəddə qlobal problemlərin həlli üçün ölkələr arasında daha geniş koalisiyasının yaradılması vədinin yer aldığını da xatırladıb. Ancaq o əlavə edib ki, Çinin iştirakı olmadan bu vədi yerinə yetirmək çətin olacaq, heç sənəddə də belə bir əməkdaşlığın hansı formada təmin olunacağına dair göstəriş yoxdur.
ABŞ prezidenti Cozef Baydenin administrasiyası strategiyanı Konqresə əslində mart ayının 28-i – büdcə layihəsini təqdim edərkən göndərməli idi.
Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Cek Rid sənədi müsbət qarşılayıb və ABŞ-ın öz ordusunu modernləşdirməli, gücləndirməli olduğunu etiraf edib: “Bunun üçün platforma və avadanlıqlara düşünülmüş şəkildə sərmayələr yatırılmalı, qabaqcıl texnologiyaların sürətli inkişafı və inteqrasiyası təmin edilməlidir”.
Cek Rid Pentaqonun Milli Müdafiə Strategiyasının məxfi olmayan hissəsini dərc edəcəyi günü səbirsizliklə gözlədiyini də bildirib.
Ceyk Sallivan deyib ki, Ukrayna böhranı Cozef Baydenin xarici siyasətlə bağlı yanaşmaları dəqiqləşdirməsi prosesini uzatsa da, həmin yanaşmaları köklü şəkildə dəyişə bilməyib: “Mən hesab edirəm ki, prezident Baydenin xarici siyasət kursunda bizim mövqeyimizin əsas elementləri – müttəfiqlərə diqqət yetirilməsi, demokratik dünyanın gücləndirilməsi, qardaş demokratiyaların və demokratik dəyərlərin müdafiəsi yetərincə əksini tapıb”.(Novator.az)
Bölməyə aid digər xəbərlər

Dünən, 12:22
Fransanın yeni səfiri Bakıya gəlir
Dünən, 09:05
NATO qoşunları Polşaya gələcək
12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib