Azərbaycan və İranın XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər
Tarix: 15-10-2022 21:05 | Bölmə: Siyasət
Azərbaycan və İranın XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Bu ün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər.

Nazirlər iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin regionda mövcud cari vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}