Ordumuzun üç rayondakı mövqeləri atəşə tutulub
Tarix: 16-10-2022 11:02 | Bölmə: Siyasət
Ordumuzun üç rayondakı mövqeləri atəşə tutulub

Oktyabrın 15-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ordumuzun qeyd olunan istiqamətlərdəki bölmələri adekvat cavab tədbirləri görüblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}