Avropa İttifaqı Ermənistana mülki missiyanın göndərilməsini təsdiqləyib
Tarix: 17-10-2022 12:43 | Bölmə: Siyasət
Avropa İttifaqı Ermənistana mülki missiyanın göndərilməsini təsdiqləyib

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Ermənistan-Azərbaycan sərhədində Aİ-nin monitorinq missiyasının yaradılması barədə qərar qəbul edib.

Reyting.az 
xəbər verir ki, bu barədə ittifaq rəsmi məlumat yayıb.

Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel isə bu barədə paylaşım edib: “Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhə töhfə verməyə tam sadiqdir. Biz Ermənistan-Azərbaycan sərhədində monitorinq potensialı yaradırıq və insanların həyatını riskə atmamaq üçün 40 monitorinq eksperti yerləşdiririk”.

Xatırladaq ki, ilkin məlumatda Aİ-nin Ermənistan tərəfdən sərhəddə 2 ay müddətinə 40 nəfərlik heyət göndəriləcəyi bildirilsə də, prezident İlham Əliyev Astanadakı çxışında bu heyətin 50 nəfər olacağını bəyan edib.

Onu da qeyd edək ki, İlham Əliyev belə bir missiyanın Azərbaycan tərəfinə yerləşdirilməsinə qətiyyətlə etiraz edərək, buna imkan verməyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}