QMİ rəhbəri erməni din xadimlərinə müraciət edib
Tarix: 19-10-2022 15:34 | Bölmə: Siyasət
QMİ rəhbəri erməni din xadimlərinə müraciət edib

“Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı deyil, ölkəmizin türk-İslam mədəni və mənəvi irsinə qarşı təcavüz həyata keçirib”.

Reyting.az
xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı vandalizm aktları, həqarətlər törətmiş, məscidləri tövləyə çevirərək orada İslamda haram sayılan heyvanlar saxlayıblar: “Hətta pravoslav kilsələri və alban-udi məbədlərinin mənşəyi saxtalaşdırılmış, qriqoryanlaşdırılıb. Dövlət rəhbərimizin qətiyyətli siyasi iradəsi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda tarixi məscidlərimiz və məbədlər nəfis şəkildə bərpa və yenidən qurulmaqda, türk-İslam mədəniyyət xəzinəsinə əvəzsiz töhfələr verilməkdədir”.

QMİ sədri deyib ki, işğaldan azad olunmuş dağıdılmış şəhər və kəndlərimizə yeni həyat verən Azərbaycan dövləti türk dünyasının qüdrətini, qurucu mədəniyyətini, tolerant mənəviyyatını bütün dünyaya nümayiş etdirir. Ermənistan konstruktiv mövqe nümayiş etdirmir: "Təəssüf k, Ermənistan konstruktiv mövqe nümayiş etdirmir. Ermənistanın bəzi siyasi və din xadimləri barış, qarşılıqlı anlaşma mövqeyindən deyil, revanşizm, yeni müharibə ritorikası ilə çıxış edərək xalqların dinc yanaşı yaşamasına maneçilik törədirlər. Böyük təəssüflə qeyd etməliyəm ki, münaqişə davam etdiyi illərdə sülh istiqamətində dəfələrlə birgə imza qoyduğumuz bəyanatların ruhuna xilaf çıxaraq Eçmiədzin bu gün də revanşizmin əsas təşkilatçılarındandır. Mən bu tribunadan erməni Kilsəsinə, Eçmiədzinə müraciət edir, nə qədər gec deyil, xalqının taleyini, müqəddəratını düşünərək revanşizmdən əl çəkməyə, təxribatlara, qarayaxma kampaniyalarına və nifrət çağırışlarına son qoymağa, öz xalqına yeni müsibətlər deyil, nicat verəcək ideyalarla çıxış etməyə, məhvə məhkum etməməyə çağırıram".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}