00:04 / 16-09-2025
Qurban Qurbanov: “Benfika” ilə oyuna yaxşı hazırlaşa bilmədik”
23:12 / 15-09-2025
"Qarabağ"ın futbolçusu: "Benfika"nı yaxşı təhlil etmişik"
20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

22:10 / 12-09-2025

Sahibə Qafarova Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
Tarix: 19-10-2022 17:38 | Bölmə: Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 19-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüşüb.
Reyting.az xəbər verir ki, Milli Məclisin sədri səfirin bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən Azərbaycan dilində çıxış etməsini yüksək qiymətləndirərək bunun diplomatın Azərbaycan dili və mədəniyyətinə hörmətinin göstəricisi olduğunu bildirib.
Spiker qeyd edib ki, Azərbaycan və Birləşmiş Krallıq arasında dostluq və tərəfdaşlıq münasibətləri inkişaf edir. Cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olub. Son 30 ildə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlıq dinamik inkişaf edib. Qeyd olunub ki, iqtisadi əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas tərkib hissələrindən biridir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıq iqtisadiyyatımıza ən çox investisiya yatıran ölkədir. Milli Məclisin sədri bu kontekstdə enerji sahəsində əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Birləşmiş Krallığın "BP" şirkəti enerji sahəsində Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Spiker Sahibə Qafarova Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd edib.
Parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm hissələrindən biri olduğunu diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, qanunverici orqanlarımız arasında sıx əlaqələr qurulub. O, cari il 12-13 iyul tarixində Birləşmiş Krallığa səfərini xatırladaraq, səfər çərçivəsində keçirilən görüşlər barədə məlumat verib. Spiker deyib ki, bu, parlamentlərimiz arasında rəhbərlik səviyyəsində ilk səfər olmuşdur. Həmçinin Milli Məclisin sədri bu yaxınlarda İndoneziyada keçirilən G20 Parlament Sədrlərinin Sammiti çərçivəsində Ser Lindsi Hoyl ilə növbəti dəfə görüşdüyünü qeyd edib.
Sahibə Qafarova bildirib ki, parlamentarilərimiz beynəlxalq parlament təşkilatları çərçivəsində səmimi dialoq qurub. O, parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının mühüm rolunu da qeyd edərək, diqqətə çatdırıb ki, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlər arasında körpü rolunu oynayırlar. Milli Məclisin sədri, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmənin Ermənistanın təxribatlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunduğu bəyanatını yüksək qiymətləndirib.
Spiker, həmçinin Azərbaycan parlamentinin qanunvericilik fəaliyyəti, parlamentin tərkibi, siyasi partiyaların parlamentdə təmsilçiliyi və digər məsələlər barədə danışıb.
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yaranmış vəziyyət barədə də səfirə məlumat verən Milli Məclisin sədri diqqətə çatdırıb ki, hazırda münaqişədən sonrakı dövrdə Azərbaycanın əsas prioriteti işğaldan azad edilmiş ərazilərin bərpası və tikintisi, məcburi köçkünlərin geri qayıtmasının təmin edilməsidir. Ermənistanın həmin ərazilərdə çoxlu sayda mina basdırması bu ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ciddi maneçilik törədir. O, ərazilərimizin minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənməsində, həmçinin bərpa və yenidənqurma işlərində Birləşmiş Krallıq tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Spiker Sahibə Qafarova deyib ki, işğal qurbanı olmasına və işğal altındakı torpaqlarını azad edən ölkə olmasına baxmayaraq, son 2 ildə regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirən Azərbaycandır. Azərbaycan Ermənistana münasibətləri normallaşdırmağı və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq.
Ermənistanın sərhəddə təxribatlar törətməsi haqqında da məlumat verən spiker qeyd edib ki, əgər Ermənistan münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinsə, siyasi iradə nümayiş etdirsə və bu istiqamətdə praktik addımlar atsa, iki ölkə arasında sülh sazişi imzalana bilər. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld Azərbaycanda fəaliyyətə başladıqdan sonra keçirdiyi görüşlər barədə Milli Məclisin sədrinə məlumat verib, xüsusilə Prezident İlham Əliyevlə görüşün onda böyük təəssürat yaratdığını diqqətə çatdırıb.
Ölkəsinin Azərbaycanla bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən səfir, münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. O xüsusilə, enerji sahəsində mövcud olan dinamik əlaqələri qeyd edib. Fergus Auld Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib. Səfir ölkəmizin alternativ və bərpa olunan enerji layihələrinin reallaşdırılmasında səylərinin vacib olduğunu vurğulayıb və əlavə edib ki, bu, əlaqələrimizin mühüm bir hissəsidir.
O, Azərbaycan Milli Məclisi sədrinin Birləşmiş Krallığa rəsmi səfərini parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirərək, həmçinin spiker Sahibə Qafarovanın kraliça II Elizabetin vida mərasimində iştirakından məmnunluqlarını dilə gətirib.
Fergus Auld regionda sülh və təhlükəsizliyin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşərək, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bölməyə aid digər xəbərlər

Dünən, 12:22
Fransanın yeni səfiri Bakıya gəlir
Dünən, 09:05
NATO qoşunları Polşaya gələcək
12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib