20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Ermənistanın tələbi beynəlxalq səviyyədə rədd edilib
Tarix: 20-10-2022 17:56 | Bölmə: Siyasət
Ermənistanın tələbi beynəlxalq səviyyədə rədd edilib

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın BƏM-nin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.

Reyting.az
xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 12 oktyabr 2022-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi (Ermənistan Azərbaycana qarşı iş üzrə) ilə bağlı işdə müvəqqəti tədbirlərin alınması ilə bağlı Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsi barədə Ermənistanın tələbi ilə bağlı qərar verib.

Həmin Məhkəmənin ötən ilin dekabrındakı qərarına dəyişikliklə bağlı Ermənistan tərəfinin müraciəti 16 sentyabr 2022-ci ildə Reyestrdə qeydə alınıb: “Məcburi qüvvəyə malik olan 12 oktyabr 2022-ci il tarixli qərarında Məhkəmə “2022-ci ilin sentyabrında tərəflər arasında baş vermiş hərbi əməliyyatlar və erməni hərbi qulluqçuların saxlanılması Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsinə əsas verən vəziyyət yaratmır”.(APA)




Bölməyə aid digər xəbərlər