Daha bir mafiya çökdürülüb - Lüks avtomobillər, bahalı əşyalar və böyük məbləğdə pul ələ keçirilib - Fotolar
Tarix: 17-08-2023 14:53 | Bölmə: Slayd
Daha bir mafiya çökdürülüb - Lüks avtomobillər, bahalı əşyalar və böyük məbləğdə pul ələ keçirilib

Sinqapurda çirkli pulları yuyan mafiya şəbəkəsi çökdürülüb. Həbs edilənlər arasında Türkiyə vətəndaşı da var.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, ölkə tarixinin ən böyük basqınlarından biri olan əməliyyat zamanı 10 nəfər saxlanılıb.

9 kişi və bir qadının olduğu dəstədə Kipr, Türkiyə, Çin, Kamboca və digər ölkələrin vətəndaşları var.

Dəstə üzvü olduğu təsbit edilən daha 8 nəfərin qaçdığı və axtarış işlərinin davam etdirildiyi bildirilir.

Məlumata görə, əməliyyat zamanı 1 milyon dollara yaxın pul, lüks idman avtomobilləri, xüsusi dizaynla istehsal olunmuş çanta və bahalı aksessuarlar da ələ keçirilib.

Sinqapur səlahiyyətliləri ələ keçirilən malları, nəqliyyat vasitələrini, çoxlu sayda bahalı qol saatlarını, zinət əşyalarını və digər aksessuarları ictimailəşdirib, Sinqapur polisi isə ifşa edilmiş dəstənin çirkli pulları yuyma üsullarını nümayiş etdiriblər.

Saxlanılanların heç birinin Sinqapur vətəndaşılığı və ya bu ölkədə daimi yaşayış yeri yoxdur.






E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər