Qayçuk solçuları ətrafına toplayır
Tarix: 10-06-2025 11:47 | Bölmə: Dünya
Qayçuk solçuları ətrafına toplayır

“Moldova naminə” platformanın təsisçisi Viktor Qayçuk müxalifətin vahid blokunu yaradır.

Reyting.az
yerli mediaya istinadla xəbər verir ki, Moldovanın keçmiş müdafiə naziri Viktor Qayçuk müxalifət nümayəndələrini parlament seçkiləri öncəsi fikir ayrılıqlarını bir kənara qoyaraq birləşməyə çağırıb.

Xatırladaq ki, Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib. “Moldova naminə” təşkilatı bundan əvvəl parlament seçkilərində iştirak etmək üçün müxalifət qüvvələrinin vahid blokunun yaradılmasını təklif etmişdi. Təşəbbüs müəlliflərinin fikrincə, müxalifət qüvvələrinin birləşməsi indiki hakimiyyətlə effektiv mübarizə üçün lazımdır. Bu ideya Sosialist Partiyası, “Moldovanın ürəyi”, Kommunist Partiyası və “Moldovanın gələcəyi” tərəfindən dəstəklənib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib