Odessa bombalanıb: ölənlər və çoxsaylı yaralı var
Tarix: 10-06-2025 11:00 | Bölmə: Dünya
Odessa bombalanıb: ölənlər və çoxsaylı yaralı var

Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə endirdiyi zərbələr nəticəsində iki nəfər həlak olub, 9 nəfər yaralanıb. Bundan başqa, şəhər mərkəzi dağıdılıb.

Reyting.az
xəbər verir ki, iyunun 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri Odessaya kamikadze dronları ilə hücum edib.

İlkin məlumatlara görə, 10-dan çox drondan istifadə edilib. Hücum nəticəsində iki nəfər həlak olub. Beş qadın və üç kişi yaralanıb, başqa bir sakində kəskin stress reaksiyası olub.

“Yaşayış binalarına, doğum evinə, təcili tibbi yardım məntəqəsinə, özəl tibb klinikasına, idman kompleksinə, zooparka, dəmiryol vağzalına, eləcə də şəhər sakinlərinin avtomobillərinə ziyan dəyib”, - Odessa prokurorluğu bildirib.

Odessa meri Gennadi Truxanov deyib ki, şəhərin mərkəzində xeyli dağıntı var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib