Kiyev raket və PUA hücumuna məruz qalıb
Tarix: 10-06-2025 07:35 | Bölmə: Dünya
Kiyev raket və PUA hücumuna məruz qalıb

Rusiya Federasiyası Ukrayna paytaxtı Kiyevi PUA və raketlərlə atəşə tutub, şəhərdə yanğınlar və dağıntılar var.

Reyting.az
bildirir ki, Ukrayna Hərbi Hava Qüvvələri Kiyev, Çerniqov və Çerkassı vilayətlərində PUA uçuşları qeydə alıb.

Bundan başqa, Kiyevin bəzi bölgələrində partlayış və dağıntılar olub, yanğınlar baş verib.

Kiyev meri Vitali Kliçko şəhərin kütləvi şəkildə dron hücumuna məruz qaldığını yazıb.

Bildirilir ki, paytaxt sakinləri gecəni yeraltı metro stansiyalarında keçirmək məcburiyyətində qalıblar.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib