Müharibə və sanksiyalar Rusiyaya az təsir edib - Digərləri ilə müqayisədə şimal qonşumuz varlanır
Tarix: 17-08-2023 15:29 | Bölmə: Slayd
Müharibə və sanksiyalar Rusiyaya az təsir edib - Digərləri ilə müqayisədə şimal qonşumuz varlanır

Ötən il Rusiyanın ümumi sərvəti - sanksiyalara və Ukraynaya hərbi müdaxiləyə baxmayaraq, - 600 milyard dollar artıb.

Reyting.az
xəbər verir ki, bu barədə İsveçrənin “Global Wealth Report” Bankının (UBS) illik hesabatında deyilir.

Hesabata görə, 2022-ci ildə rusiyalı milyonçuların sayı da təxminən 56 min nəfər artaraq 408 min olub. Ultra yüksək sərvətlilərin - 50 milyon dollardan çox sərvəti olan şəxslərin - sayı isə təxminən 4500 nəfər artıb.

Məlumata görə, ABŞ keçən il digər ölkədən daha çox sərvət - 5,9 trilyon dollar itirib, Şimali Amerika və Avropa isə birlikdə 10,9 trilyon dollar kasıblayıblar.

Bank bildirir ki, 2022-ci ilin sonuna qədər amerikalı milyonçuların sayı 1 milyon nəfər azalıb. Baxmayaraq ki, ABŞ hələ də dünyanın super zənginlərinin 50 faizdən çoxunu təşkil edir.

Rusiyada sərvət meyllərini indiki zamanda müəyyən etmək çətin olsa da, UBS onu 2022-ci ildə daha da zənginləşən bir neçə ölkədən biri kimi göstərib. Bildirilir ki, yüksələn neft qiymətləri sərvət artımının təkanverici amillərindən biri ola bilər, amma əmtəə ixracı əsasdır.

UBS-nin hesabatına görə, 2022-ci ildə Meksika, Hindistan və Braziliya da əhəmiyyətli dərəcədə zənginləşib, ABŞ, Yaponiya, Çin, Kanada və Avstraliya isə ən çox itirən ölkələrdir.

Daha əvvəl KİV-lər xəbər verib ki, Rusiya iyulda neft ixracından 8 ay ərzində rekord gəlir - 15,3 milyard dollar əldə edib. Buna səbəb Rusiya neftinin G7 ölkələrinin müəyyən etdiyi 60 dollarlıq qiymət həddini keçməsi və ötən ay onun maya dəyərinin 64 dollar/bareldən çox olmasıdır.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər