Lukaşenko: “Ukraynanın şərqini Rusiya, qərbini Polşa götürəcək”
Tarix: 18-08-2023 12:38 | Bölmə: Slayd
Lukaşenko: “Ukraynanın şərqini Rusiya, qərbini Polşa götürəcək”

Rusiya ordusunun müəyyən hissələri 2022-ci ilin fevralında Belarus ərazisindən Ukraynaya soxulub.

Reyting.az
xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı rusiyapərəst Diana Pançenkoya müsahibsində etiraf edib.

A. Lukaşenko deyib ki, Belarus ərazisindən Rusiyanın müəyyən bölmələri Ukrayna sərhədini keçib. O, əlavə edib ki, Rusiya qoşunlarının Çernobıl vilayətində Belarus və Ukrayna sərhədini keçməsinin səbəbini Zelenskidən soruşmaq lazımdır.

Belarus prezidenti bildirib ki, Ukrayna Rusiya Federasiyasına qarşı hərbi əməliyyatları davam etdirsə, bütün ərazilərini itirə bilər. Onun sözlərinə görə, Rusiya Ukraynanın bütün cənubunu ələ keçirə biləcək, Qərbi Ukraynanı isə Polşa ələ keçirmək niyyətindədir. “Və Ukrayna kimi dövlət olmayacaq, bizim dövlət sizinlə olacaq”, - Lukaşenko deyib.

Lukaşenkonun fikrincə, Rusiya Federasiyasındakı qondarma “SVO”nun məqsədlərinə, prinsipcə nail olunub, çünki gələcək Ukrayna “heç vaxt bu qədər aqressiv və qərbyönlü olmayacaq”.

Prezident Belarusun hansı səbəbdən müharibəyə başlaya biləcəyini də açıqlayıb:

“Əgər siz ukraynalılar, sərhədimizi keçməsəniz, biz heç vaxt bu müharibədə iştirak etməyəcəyik. Amma biz həmişə Rusiyaya kömək edəcəyik - bunlar bizim müttəfiqlərimizdir. Bilirsiniz ki, döyüş koordinasiyası, təlim və sursat, silah və sair - 55 ölkə sizə kömək edir. Və yalnız Belarus Rusiyaya açıq şəkildə köməklik göstərir”.

Lukaşenko bəyan edib ki, Belarus Rusiya və Ukrayna arasında sülh danışıqlarında iştirak etməlidir: “Biz Ukrayna ilə həmsərhədik, biz əslində sizdə (Ukraynada) və Qərbdə “adət olduğu kimi” təcavüzkarlarıq. Təbii ki, bizim maraqlarımız oradadır və bizim mövqeyimiz eşidilməlidir. Belarusun danışıqlar prosesində iştirak etməyə borclu olduğunu istisna etmirik”.

Lukaşenko Minskdə səfərdə olan Çinin müdafiə naziri Li Şanfu ilə görüşü zamanı da maraqlı bəynatlar verib. Prezident deyib ki, Belarus və Çin çoxqütblü dünyanı, ərazi bütövlüyünü və İkinci Dünya Müharibəsindən sonra müəyyən edilmiş sərhədlərin birliyini müdafiə edirlər. “Onlar ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalırlar. Qısası, Çinin xarici siyasətinin bütün palitrası bizimkinə bənzəyir”,- Lukaşenko əlavə edib.

O, dünyanın qeyri-sabit bir dövr keçirdiyini, bunun nə Belarusun, nə də Çinin günahı olmadığını, bu şərtlərdə Rusiya Federasiyası ilə Çinin dostluğuna arxalandığını vurğulayaraq, Belarus və Çin arasında hərbi əməkdaşlığın bu gün də davam etdiyini deyib.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər