NATO Türkiyənin ilk qadın admiralını salamlayır - Foto
Tarix: 18-08-2023 13:19 | Bölmə: Slayd
NATO Türkiyənin ilk qadın admiralını salamlayır

İngiltərədəki NATO Müttəfiq Dəniz Qüvvələri Komandanlığında əməliyyatlar üzrə komandan müavini vəzifəsində çalışan Gökçen Fırat Türkiyə Silahlı Qüvvələrində admiral rütbəsi alan ilk qadındır.

Reyting.az
xəbər verir ki, ilk türk qadın admiralla bağlı NATO Dəniz Komandanlığı (MARCOM) açıqlama yayıb.

NATO Dəniz Komandanlığı (MARCOM) mesajında Türkiyənin ilk qadın admiralı Gökçen Fırat təbrik olunur, “Məkan ittifaqın dəniz əməliyyatları və təlimlərinin müvəffəqiyyəti üçün çox vacibdir”,- ifadəsi işlədilir: “Onun yerləşməsi alyansın dəniz əməliyyatları və təlimlərinin, o cümlədən NATO-nun 4 daimi dəniz qüvvələrinin böyük çoxmillətli missiyalarda iştirakı üçün uğur qazanması baxımından çox vacibdir”.

Fıratın karyerası ilə bağlı məlumatların da yer aldığı açıqlamada, onun 2022-ci ildə MARCOM-a keçməzdən əvvəl NATO-nun Norveçdəki Birgə Müharibə Mərkəzində xidmət etdiyi də xatırlanır.

Açıqlamada Fıratın qiymətləndirmələrinə də yer verilib.



Türkiyənin ilk xanım admiralı deyib:

“Admiral rütbəsinə yüksəlmək dəniz zabitinin karyerasının ən yüksək nailiyyətlərindən biridir. Bu məqsədimə çatdığım üçün çox şadam”.

Hər bir missiyanın öz təcrübəsini artırmaq və vizyonunu inkişaf etdirmək üçün yaxşı fürsət olduğunu qeyd edən Fırat bildirib ki, Türkiyə Dəniz Qüvvələrində ilk qadın gəmi komandiri təyin edilməsi onu həvəsləndirib və hədəflərinə çatmaq üçün baxışlarını kəskinləşdirib.

Fırat əlavə edib: “Millətimizə və qüvvələrimizə üstün şərəf və sədaqətlə ən yüksək səviyyədə xidmət edəcək qadın admiral və generalların sayının artacağına inanıram”.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələri Komandanlığında qərargah polkovniki vəzifəsində çalışmış Gökçen Fırat avqustun əvvəlində Ali Hərbi Şuranın (YAŞ) qəbul etdiyi qərarlar çərçivəsində kontr-admiral rütbəsinə yüksəlib. Bununla da Gökçen Türkiyə Silahlı Qüvvələrinin ilk qadın admiralı olub.

1977-ci ildə İstanbulda anadan olan Fırat 1998-ci ildə Dəniz Akademiyasını bitirib. Elə həmin il “TCG Yavuz” freqatında Sualtı Silahlar Zabiti və Sualtı Müdafiə Müharibəsi Zabiti vəzifələrini icra edib, daha sonra təlim gəmilərindən biri olan “TCG Təlim Botu-2”də Türkiyə Hərbi Dəniz Qüvvələrinin ilk qadın komandiri olub.

Baş Qərargah və Milli Müdafiə Nazirliyinin qərargahında da xidmət edən Fırat, NATO-nun Norveçdəki Birgə Müharibə Mərkəzində vəzifə yerinə yetirib və 2022-ci ildə MARCOM-da komandan müavini vəzifəsinə keçib.

E. KAMAL
Reyting.az





Bölməyə aid digər xəbərlər